...

Manana Londona gedir

Cəmiyyət Materials 3 İyul 2007 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /müx. "TrendLife" Vüqar Vüqarlı/ Azərbaycanın tanınmış müğənnisi Manana yayda da yaradıcılıqla məşğul olur. Müğənninin "TrendLife"a verdiyi məlumata görə, Londonda yeni mahnılar yazdıracaq. "Mən Londona ona görə gedirəm ki, bəstəkar Çarlz Fosketomla birlikdə bir neçə mahnı üzərində işləyəcəyik. Böyük Britaniyada iki həftəlik vaxt ərzində çox şeyləri öyrənməyə çalışacam. Axı hər gün Avropa səviyyəsində bəstəkarla işləmək ələ düşmür" - deyə müğənni qeyd etdi. Onu da qeyd edək ki, Londona getməmişdən əvvəl Manana bir neçə gün Gürcüstanda olacaq.

Xəbər lenti

Xəbər lenti