...

Gürcüstanda qətlə yetirilən, itkin düşən azərbaycanlılarla bağlı cinayətlər hələ açılmayıb

Cəmiyyət Materials 6 İyul 2007 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gürcüstanda qətlə yetirilən, həmçinin itkin düşən azərbaycanlılarla bağlı cinayətlər hələ də açılmayıb. Bu barədə Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının (GAMA) rəhbəri Daşqın Gülməmmədov məlumat verib.

O qeyd edib ki, qətlə yetirilən azərbaycanlılarla bağlı mövzu Azərbaycan və beynəlxalq KİV-lərdə hallandırılan zaman Gürcüstanın hüquq-mühafizə orqanlarının rəhbərləri bu cinayətlərin tez bir zamanda açılacağını bəyan edirlər.

"Bir il bundan qabaq daxili işlər naziri V.Merabişvili Azərbaycanın Gürcüstandakı səfiri ilə görüşü zamanı bildirmişdi ki, "azərbaycanlılarla bağlı cinayətlər bir həftəyə açılacaq". Artıq bir il keçməsinə baxmayaraq, nəinki bu tipli cinayətlər, heç müəmmalı şəkildə itkin düşən dini lider, Sadaxlı kənd sakini Sədrəddin Pələngovun taleyi barədə Gürcüstan hüquq-mühafizə orqanları heç bir rəsmi açıqlama vermirlər" - deyə Gülməmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti