...

Milli Konservatoriyanın rektoru: "Musiqi ocağının binası 2008-ci ildə istifadəyə veriləcək"

Cəmiyyət Materials 6 İyul 2007 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı 6 iyul /müx. Günel Əhmədova/Azərbaycan Milli Konservatoriyasının yeni binasının inşası davam edir. Musiqi ocağının rektoru Səyavuş Kəriminin TrendLife-a verdiyi məlumata görə, sentyabrda başlayacaq yeni dərs ilini tələbə və müəllim heyəti hazırda müvəqqəti məskunlaşdığı Musiqi Gimnaziyasında açacaq. S.Kərimi yeni binanın 2008-ci ildə istifadəyə veriləcəyini qeyd etdi.

Rektorun məlumatına görə, hazırda yeni binanın 4-cü mərtəbəsi tikilir: "Bina 9 mərtəbədən ibarət olacaq. Tikintinin uzanmasına səbəb maliyyə vəsaitinin gecikdirilməsi olub. Əslində tələbələr yeni binaya yeni tədris ilində köçməli idilər. Lakin məlum səbəbdən bu prosesi ləngitmək məcburiyyətindəyik".

Səyavuş Kərimi qeyd etdi ki, problemlərə baxmayaraq, bir sıra ölkələrin musiqi akademiyaları ilə əməkdaşlıq haqqında danışıqlar aparılır. Əməkdaşlıq çərçivəsində tələbə mübadiləsinin də aparılması nəzərdə tutulub. Rektor cari ilin sentyabrında Tehran Dövlət Universiteti ilə əməkdaşlığa başlayacaqlarından xəbər verdi.

Xəbər lenti

Xəbər lenti