Azərbaycan, Bakı, 10 iyul /müx. "TrendLife" Vüqar Vüqarlı/ Məlumdur ki, müğənni Sabir Əhmədov bir neçə dəfə Yurmalada keçirilən mahnı müsabiqəsində iştirak etməsi barədə söyləyib. Lakin bizim xəbərçilərimizin verdiyi məlumata görə, onu nə birinci, nə də ikinci mərhələdə görən olub. İndi isə Sabir hər kəsə söyləyir ki, artıq avqustda keçəcək 3-cü mərhələyə hazırlaşır. Bu barədə "TrendLife" müğənninin özündən soruşdu.
"İş ondadır ki, birinci mərhələ müsabiqəyə göndərilən disklərə qulaq asmaqdan ibarət idi. İkinci mərhələ - seçim mərhələsi isə Moskvada keçirildi. Təşkilatçılar mənim musiqi ustalığıma bələd olduqları üçün məndən xüsusi dinləmə tələb etmədilər. Bax bu yolla mən Yurmalada olmaya-olmaya avqustda keçiriləcək müsabiqədə iştirak edəcəm" - deyə Sabir bizim sualı cavablandırdı. Nə deyirik, avqustu gözləyək.
.