Azərbaycan, Bakı, 12 iyul /müx. "TrendLife" Eldar Hüseynzadə/ Gənc Tamaşaçılar Teatrı məzuniyyətə çıxmazdan əvvəl gələn mövsüm üçün planlar hazırlayır. Teatrın rəhbərliyindən "TrendLife"a verilən məlumata görə, yeni mövsümdə çox sayda yeni tamaşalarla çıxış edəcəklər. Bu yeni tamaşalar sırasında Bertold Brextanın "Kuraj ana və uşaqları" pyesini qeyd etmək olar. Yadınıza salaq ki, pyes 1939-cu ildə yazılıb. Həmçinin teatrın səhnəsində "Çəkməli pişik", "Körfəzə çevrilmə" oynanılacaq. Yubiley mövsümünün açılışı isə sentyabrın 29-da Səttərxan adına Mədəniyyət Sarayında olacaq.