...

Qafqaz Müsəlmanları İdarəsinin sədri: "Bəzi mətbu orqanlarda dini durumun gərginləşdirilməsinə xidmət edən yazılar dərc edilir"

Cəmiyyət Materials 12 İyul 2007 16:01 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri: "Bəzi mətbu orqanlarda dini durumun gərginləşdirilməsinə xidmət edən yazılar dərc edilir"

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində seminar-treninq keçirilib. Dövlət Komitəsindən cümə axşamı bildirilib ki, Komitənin sədri Hidayət Orucov seminar-treninqlərin təkcə Mərkəzi Aparatda deyil, ölkənin rayon və şəhərlərində də keçiriləcəyini vurğulayıb. Əsas məqsədin dini etiqad azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi və dini maariflənmə ilə bağlı müzakirələrin aparılması olduğunu bildirib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə "Şeyxülislamlığın tarixi" mövzusunda məruzə ilə çıxış edib. Seyxülislam Azərbaycanda dini durumdan danışarkən ölkəmizdə tolerantlığın, dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu, dünya birliyinin bu gerçəkliyi yaxşı nümunə kimi qəbul edərək yüksək dəyərləndirdiyini, din sahəsində dövlət siyasətinin həyata keçirilməsində Qafqaz Müsəlmanları İdarəsi ilə Dövlət Komitəsi arasında əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, əvvəllər bu iki qurumun arasında münasibətlərin gərgin olduğunu, belə bir vəziyyətin dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulmasına xələl gətirdiyini, Dövlət Komitəsinin rəhbərliyi dəyişdirildikdən sonra münasibətlərdəki ziddiyyətlərin tam aradan qaldırıldığını, birgə səmərəli tədbirlərin həyata keçirildiyini qeyd edib. Şeyxülislam eyni zamanda bəzi mətbu orqanlarda dini durumun gərginləşdirilməsinə xidmət edən yazıların dərc edildiyini və belə halların yolverilməz olduğunu bildirib.

Sonra o, islamda şeyxülislamlıq institutunun yaranmasının dərin köklərə malik olması, böyük bir tarixi dövrü əhatə etməsi barədə məruzə edib.

Xəbər lenti

Xəbər lenti