Azərbaycan, Bakı, 17 iyul /müx.TrendLife Əli Dərviş/Milli şou-biznesdə bəziləri professional musiqi dünyasının adamı deyil, məsələn, istər milli reperlər, istərsə də meyxanaçılar.
Meyxanaçı Namiq Qaraçuxurlu isə nostalgiya ilə Qaraçuxurdakı bağında keçən gənclik illərini xatırlayır. TrendLife müxbirinə ötənlərdən danışmaq istəyən Namiq "Həyatımda ən uğurlu layihəm belə Aygün Kazımova ilə müqayisə oluna bilməz. Ən çox da yayda dəniz kənarında uzanıb dincələndə yadıma dostlarımla pomidor plantasiyaları salmağımız düşür. Bir aydan sonra isə ləzzətli, şirin Bakı pomidoru yetişirdi. Bazarda isə bizim tərəvəzləri yeşiklə alırdılar".