...

Rəqqasə Aytən Türkiyədə klip çəkdirəcək

Cəmiyyət Materials 18 İyul 2007 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul /müx.TrendLife Vüqar İmanov/Azərbaycan şou-biznesində hər şey qarışıb. Lap sovet cizgi filmi olan "Putanisa"dakı kimi. Aparıcılar müğənni olur, müğənnilər aparıcı və s. Səsi olan, olmayan oxuyur. Oriental rəqslərin ifaçısı Aytən daha da irəli gedir. Öz məktəbini açıb, sentyabrda isə Türkiyədə "Aman ey" mahnısına klip çəkdirəcək. Mahnını ərəbcə ifa edəcək. Rəqqasənin TrendLife-a dediyinə görə, "Aman ey" bizim dilə tərcümədə "Səni gözləyirəm" deməkdir.

"Mən Bodrumda dincəlirdim. Bura məni toya dəvət etmişdilər ki, çıxış edim. Sentyabrda yenidən Türkiyəyə gedəcək və Seda Sayanın verilişində çıxış edəcəyəm. Hər şey əla gedir. Mənim artıq şagirdlərim var. Əvvəllər rəqqasəliyə pis baxırdılar, indi isə bu incəsənət növü çox əla qarşılanır. Həm də bu janrda Azərbaycanda ən yaxşı rəqqasə mənəm" - deyə Aytən bildirdi.

Xəbər lenti

Xəbər lenti