Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Milli Televiziya və Radio Şurasının cümə günü keçirilən iclasında "BBC" xarici radiostansiyasının Azərbaycanın mili dalğasında yayımı üçün bir illik lisenziya verilməsi barədə qərar qəbul edilib. Bu barədə Teleradio Şurasından məlumat verilib. Məlumata görə, "BBC" bir illik fəaliyyət üçün 2 min dollara yaxın lisenziya haqqı ödəyəcək. İclasda həmçinin "Lənkəran TV"nin tezliyi üzrə elan olunan müsabiqənin daha bir ay uzadılması barədə qərar qəbul edilib. Buna səbəb müsabiqədə alternativliyin olmamasıdır. Müsabiqəyə cəmi bir iştirakçı müraciət edib (Cənub TV). Müsabiqənin müddəti avqustun 20-də başa çatacaq.