...

Teleradio Şurasının sədri: "Bu ilin sonuna kimi Bakının 70-80 faizi kabelləşdiriləcək"

Cəmiyyət Materials 21 İyul 2007 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda xarici telekanalların yayımının dayandırılması barədə qərardan sonra kabel televiziyalarının inkişafında xeyli irəliləyiş var. Bu barədə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli açıqlama verib.

Onun sözlərinə görə, xarici telekanalların yerli tezliklərdə yayımının dayandırılması kabel yayımının genişlənməsinə, nəticədə kabel televiziyalarının inkişafına gətirib çıxarır.

"Artıq Bakı şəhərinin əksər rayonları kabelləşdirilib. Kabel televiziyası ilə bağlı mövcud vəziyyət getdikcə yaxşılaşır. Bu ilin sonuna kimi Bakının 70-80 faizi kabelləşdiriləcək" - deyə Məhərrəmli qeyd edib.

Onun sözlərinə görə, kabel yayımı genişləndikcə onun qiymətlərində də ucuzlaşma baş verir. Mərəhhəmli qeyd edib ki, Teleradio Şurası kabel yayımı üçün abunə haqqının əhalinin alıcılıq qabiliyyətinə uyğun olmasına çalışır: "Biz kabel yayımçıları qarşısında qiymətlə bağlı konkret şərtlər qoya bilmərik. Bu, onların öz hüququdur. Amma biz əhalinin maksimum hissəsinin xarici kanallara çıxış imkanlarının olmasına çalışırıq. Ona görə də kabel yayımçılarına qiymətləri aşağı salmağı təklif edirik" - deyə Teleradio Şurasının sədri qeyd edib.

Xəbər lenti

Xəbər lenti