...

Parlamentin komissiya sədri: "Azərbaycanda "Milli azlıqlar haqqında" qanunun qəbul edilməsinə ehtiyac yoxdur"

Cəmiyyət Materials 26 İyul 2007 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanda milli azlıqlarla bağlı problem olmadığına görə "Milli azlıqlar haqqında" qanun layihəsinin qəbul edilməsinə ehtiyac yoxdur. Bu barədə cümə axşamı Bakıda Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib.

Komissiya sədri qeyd edib ki, Azərbaycan Avropa Şurasına daxil olarkən bu qurum qarşısında götürdüyü öhdəliklərdən biri də "Milli azlıqlar haqqında" qanun layihəsinin qəbul edilməsi məsələsi olub: "Ancaq mən belə bir qanunun qəbul olunmasına ehtiyac görmürəm. Ona görə ki, bu gün Azərbaycanda milli azlıqlarla bağlı heç bir problem yoxdur. Bu gün Azərbaycan istər dini, istərsə də milli azlıqlarla bağlı elə bir tolerant məkandır ki, burada heç bir qarşıdurma baş verməyib və verə də bilməz".

Aslanovanın sözlərinə görə, bir sıra beynəlxalq təşkilatlar Azərbaycanı milli azlıqlarla bağlı məsələdə dünyaya nümunə göstərirlər.

Onun fikrincə, milli azlıqlarla bağlı məsələ ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların diqqət mərkəzindədir.

Xəbər lenti

Xəbər lenti