...

"Xəzər"in futbolçuları qısamüddətli istirahətə yollandılar

Cəmiyyət Materials 26 İyul 2007 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Xəzər"in məşqçilər korpusu Çempionlar liqasının birinci seçmə mərhələsi çərçivəsində Zaqreb "Dinamo"sunna qarşı keçirilən ağır matçlardan sonra futbolçulara bir həftəlik istirahət vermək qərarına gəlib.

Oyunçular iyulun 30-dək dincələcəklər. Sonra yenə bir araya gələcəklər və avqustun 11-də start götürəcək Azərbaycan çempionatına hazırlığın son mərhələsinə başlayacaqlar. Futbolçulara istirahət həm də ona görə lazımdır ki, avrokuboklardakı çıxışla əlaqədər "Xəzər" Avstriyadakı ikihəftəlik məşqlərlə yeni mövsümə hazırlığı sürətləndirmək məcburiyyətində qalıb.

Xatırladaq ki, yeni mövsümdə Ağasəlim Mircavadovun yetirmələri çempion və kubok sahibi titulunu müdafiə etməli olacaqlar.

Xəbər lenti

Xəbər lenti