...

FK "Qarabağ" Qvineyadan müdafiəçi gözləyir

Cəmiyyət Materials 27 İyul 2007 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Qarabağ" futbol klubu Azərbaycan çempionatının yeni mövsümü ərəfəsində heyətini möhkəmləndirməkdə davam edir.

Liberiyalı yarımmüdafiəçi İsaak Pupo ilə müqavilə imzalandıqdan sonra baxış üçün komandaya qvineyalı legioner Samoa Mamadabua gələcək. Sonuncu mövsümü Mamamdabua Tunis çempionatında oynayıb və indi onun fiziki və texniki imkanlarına ağdamlıların baş məşqçisi Rasim Kara qiymət verməlidir.

Qeyd edək ki, Türkiyədəki təlim-məşq toplanışından döndükdən sonra komanda yenidən bir araya gəlib və ölkə çempionatına hazırlığın son mərhələsinə start verib .

Xatırladaq ki, bir müddət öncə "Qarabağ" Azərbaycan yığmasının əsas qapıçısı Fərhad Əliyevi, habelə "MKT-Araz"ın yarımmüdafiəçisi Murad Ağakişiyevi alıb.

Xəbər lenti

Xəbər lenti