...

Müğənni Günel Ələkbərova: "Mənim idealım ağ qanadlı çılpaq kişidir"

Cəmiyyət Materials 28 İyul 2007 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul /müx. "TrendLife" Əli Dərviş/ Estrada müğənnisi Gunel Ələkbərova yeni sevgili axtarışındadır. Müğənninin "TrendLife"a verdiyi məlumata görə: "Mənim plastikliyim, pişik kimi hərəkətlər etməyim bir çox azərbaycanlı igidlərin ürəklərini fəth edib". Məhz buna görə də müğənniyə "ürək oğurlayan" kriminal adı da vermək olar. Günelin dediyinə görə: "Elə bir insan yoxdur ki, oğru olmasın. Sözün əsl mənasında oğru müxtəlif mənalar verir. Var vaxt , məkan, arzu, hüquq, mahnı, diqqət oğrusu. Hansısa məqamda düşünürəm ki, ac insan başqasından çörək də oğurlayır". Günel özü isə kişilərin ürəklərini oğurlayır. O, özünün gözəlliyi, dəcəlliyi ilə, həmçinin oxuması ilə kişi auditoriyasını böyük uğurla ələ almağı bacarır. "Özümə məxsus xasiyyətimlə bir çox kişilərin ürəklərini fəth etmişəm. Hətta sayını belə itirmişəm. Lakin hələ də onların heç birini sevgilim rolunda görə bilmirəm. Bütün gənc qızlar öz sevgililərini ağ atlı şəhzadə kimi görürlər. Lakin mənim idealım yunan mifinə aid olan böyük ağ qanadlı çılpaq kişidir".

Xəbər lenti

Xəbər lenti