...

Azərbaycanlı atletlər estafetdə olimpiya lisenziyası qazanmaq istəyirlər

Cəmiyyət Materials 28 İyul 2007 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı yüngül atletlər 4x100 metrlik estafet qaçışda olimpiya lisenziyası uğrunda mübarizə aparmaq niyyətindədir.

Milli Federasiyanın prezidenti Çingiz Hüseynzadənin "Trendə"ə verdiyi məlumata görə, bu vəzifənin yerinə yetirilməsi üçün Beynəlxalq Federasiyanın (İAAF) illik reytinqində on altı ən yaxşı komandanın sırasına düşmək lazımdır. "IAAF bu proqramda olimpiya hesabatına daxil olacaq yarışları müyyənləşdirib. Onlardan biri Avropa kubokudur. Yığma məhz bu yarışa da hazırlaşacaq. Bu yaxınlarda Ramil Quliyevin 200 metrə qaçışda lazımi normativi yerinə yetirdiyini nəzərə alsaq yaxşı komanda yaratmaq istəyirik. Digər idmançılarımız da var və biz bu estafet qaçışda qüvvəmizi sınamaq istəyirik" - deyə Hüseynzadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti