...

Parlamentin komissiya sədri: "Azərbaycanda "Mədəniyyət" televiziya kanalının açılmasına böyük ehtiyac var"

Cəmiyyət Materials 31 İyul 2007 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /Azərbaycanda "Mədəniyyət" televiziya kanalının açılmasına böyük ehtiyac var və bunu mütləq həyata keçirmək lazimdır. Bu barədə çərşənbə axşamı Bakıda Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri, millət vəkili Nizami Cəfərov məlumat verib.

Cəfərov qeyd edib ki, rəhbərlik etdiyi komissiya artıq belə bir təkliflə çıxış edib: "Buna çox böyük ehtiyacimiz var. Belə bir kanal bu gün bizə lazimdir. Özü də bu kanal hansisa bir televiziyada yox, elə Kinostudiyanın özündə də açila bilər. Kinostudiyanın belə bir kanalsn açilmasina imkanı çatır".

Komissiya sədri vurğulayıb ki, Kinostudiyanın əməkdaşları "Mədəniyyət" televiziyası vasitəsi ilə həm sənəti nümayiş etdirə, həm də klassik sənət yaradıcılarını öz ətraflarında birləşdirə bilərlər: "Beləliklə, bütövlükdə şou-biznesin özünə yox, onun yüngüllüyünə qarşi dayana biləcək, onun qeyri-professionalliğina qarşi çixacaq təmkinli, müdrik, professional mədəniyyət texnologiyasi nümayiş etdirilməlidir ki, insanlar, bütövlükdə cəmiyyət görsün ki, bəli, böyük zövq, böyük sənət nədən ibarətdir, yüngül zövq və yüngül sənət nədir".

Xəbər lenti

Xəbər lenti