...

Qrossmeyster Teymur Rəcəbov Bildə qələbəyə namizəddir

Cəmiyyət Materials 1 Avqust 2007 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Bildəki turnirdə qələbə qazanmaq üçün gözəl şanslara malikdir.

Yeddinci turda şahmatçımız qara fiqurlarla hollandiyalı Lyuk Van Velini məğlub edib. Bununla da Teymur isveçrəli Yannik Peletyeyə yenilən vahid lider Maqnus Karlsenə çatıb. İndi hər iki qrossmeysterin 4,5 xalı var və hər şey son iki turda bəlli olacaq.

Teymura qəti şəkildə arxayınlaşmaq olmaz. Çünki onun ən yaxın izləyiciləri, heç-heçə oynayan amerikalı Aleksandr Onişukla macar Yudit Polqar Teymurdan cəmi 0,5 xal geri qalırlar.

Eyni zamanda, Bu Xianqzı və Aleksandr Qrişuk, habelə Aleksandr Motılyoevla Borisom Avrux arasında keçirilən görüşlər heç-heçə ilə nəticələnib.

Xəbər lenti

Xəbər lenti