...

Madrid Olimpiada-2016-nın keçirilməsi uğrunda Bakı ilə mübarizəyə hazırlaşır

Cəmiyyət Materials 1 Avqust 2007 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Olimpiada-2016-nın keçirilməsi üçün namizədliyini irəli sürən Madrid Bakı ilə ciddi rəqabətə hazırlaşır.

"Sport-Ekspress" nəşrinə görə, İspaniya paytaxtının rəhbərliyi "Atletiko" rəhbərliyi ilə saziş imzalayıb. Bu sazişə əsasən, komanda "Visente Kalderon" stadionundan hazırda təmir işləri aparılan yeni arenaya köçəcək. Belə bir zərurət şəhərin Olimpiada-2016-nın qəbuluna hazırlığı ilə əlaqədər yaranıb.

"Atletiko" ilə anlaşmaya əsasən, klub şəhərin cənub-şərqində yerləşən "Peyneta" stadionuna köçəcək. Arena "Madrid" adını daşıyacaq, tutumu isə 74 000-dək artacaq. 2016-cı ilədək kompleks şəhərə məxsus olacaq, bundan sonra isə klubun mülkiyyətinə çevriləcək.

Xəbər lenti

Xəbər lenti