...

Kseniya Kovalenko "Azərreyl"ə Çempionlar liqasında kömək edəcək

Cəmiyyət Materials 1 Avqust 2007 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Bir müddət öncə analıq məzuniyyətinə çıxan "Azərreyl" klubunun voleybolçusu Kseniya Kovalenko Çempionlar liqasının qrup mərhələsində öz komandasına kömək edə biləcək.

Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəylinin bildirdiyinə görə, Kseniya bir müddətdən sonra klub tərkibində məşqlərə başlamaq niyyətindədir. "Heydər Əliyev Kubokunda çıxış edəcək yığmaya gəldikdə isə çətin ki, Kseniya kömək edə bilsin. Lakin o "Azərreyl" tərkibində avrokubokda oynaya bilər" - deyə Gözəlbəyli qeyd edib.

Dünən "Azərreyl" Ukrayna yığmasının üzvü Olqa Andryusenko ilə müqavilə imzalayıb.

Xəbər lenti

Xəbər lenti