...

Ələkbər Hüseynov dünyasını dəyişdi

Cəmiyyət Materials 2 Avqust 2007 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /müx. "TrendLife" Eldar Hüseynzadə/ Bu gün əməkdar artist Ələkbər Hüseynov dünyasını dəyişdi. "TrendLife"ın verdiyi məlumata görə hadisə saat 12:30-da baş verib. Onu da qeyd edək ki, Dövlət kukla teatrının rejissoru, bütün uşaqların sevimlisi, hamının Ələkbər əmi kimi tanıdığı bu insan uzun müddət xəstə idi. Qara ciyər serrozundan əziyyət çəkirdi. Son günlər həkimlər artıq heç nə edə bilmirdilər. Onu da qeyd edək ki, onun ailəsi prezident İlham Əliyevdən Azərbaycanın dostları fondunun prezidenti Mehriban Əliyevadan, Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevdən onu Fəxri Xiyabanda dəfn edilməsi barədə xahiş ediblər. O, ilk azərbaycanlıdır ki, mart ayında tanınmış ümumdünya polşa mükafatı olan "Gülüş Ordeninə" layiq görülmüşdür.

Xəbər lenti

Xəbər lenti