...

Rejissor Teymur Daimi: "Təcrübə etməkdən qorxmaq lazım deyil"

Cəmiyyət Materials 6 Avqust 2007 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /müx. "TrendLife" Edar Hüseynzadə/ İndi bizi daha bir fakt sevindirir. Artıq gənc rejissorlara fəal yaradıcılıqla məşğul olmaları üçün yol açılıb. Belə bir şey çoxdan idi ki, yox idi. Yəqin məhz buna görə yeni ideyalar görmürdük. İndi sırf onlar üçün müxtəlif müsabiqələr keçirilir. Gənc rejissorlar kinomatoqrafiya sahəsində inkişaf etməlidirlər. Bizim hazırda kinoya ehtiyacımız var. Bu məsələ ilə bağlı gənc, lakin artq öz sözünü demiş rejissor Teymur Daimi öz fikirlərini "TrendLife"la bölüşdü. Onun işləri müxtəlif müsabiqələrdə və kinoforumlarda iştrak edib. "Mən hesab edirəm ki, bizim indi kiminsə sifarişi ilə yox, sadəcə eksperimental, ötkəm filmlər çəkilməsinə ehtiyacımız var. Rejissor daha çox təşəbbüskar olmalıdır. Rejissor həm də tamaşaçıların onu düzgün başa düşməmələrindən qorxmamalıdır. Ən yaxşısı uçurumdan çəkinməlidir" - deyə o qeyd etdi.

Xəbər lenti

Xəbər lenti