...

Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova: "Teatr səhnəsini süpürməyə adam yoxdur"

Cəmiyyət Materials 7 Avqust 2007 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust /müx. "TrendLife" Əli Dərviş/ Xalq artisti, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova "TrendLife"la müsahibəsində ən aktual mövzuya toxunub. Yox, yox, səhv anlamayın, bu səfər problem teatr repertuarından getmir, problem teatrın təmizliyindən gedir. Onun sözlərinə görə, paytaxtın demək olar ki, hər bir teatrında xadimə qıtlığı var. "Müasir tamaşalara hər kəs baxmaq istəyir. Aktyorlar səhnədə insanları gülməyə, ağlamağa məcbur edirlər. Pərdə arxası isə başdan-ayağa "bardak"dır. Az məvacibə heç kim gəlib teatrı təmizləmək istəmir. İndi teatr mövsümü olmasa da, artıq bir neçə xadimə işdən çıxıb. Belə çıxır ki, teatrı süpürməyə adam yoxdur. Xadimələrə restoranları, şadlıq evlərini təmizləmək sərf edir. Çünki onların doğrudan da əməklərinə orada qiymət verirlər" - deyə Amaliya xanım öz fikrini bildirdi.

Xəbər lenti

Xəbər lenti