...

Rejissor Eldar Quliyev: "Ümid edirəm ki, texniki işlərin bərpası yaradıcılığa müsbət təsir göstərəcək"

Cəmiyyət Materials 8 Avqust 2007 11:46 (UTC +04:00)

Azərbaycan,Bakı, 8 avqust /müx. "TrendLife" Eldar Hüseynzadə/ İndi hər kəs Milli kinonun bərpasından danışır. Kimi bu mövzuda çox böyük inamla, kimi isə əksinə danışır. Görün Eldar Quliyev kino haqqında "TrendLife"a nələri söylədi: "Nə vaxt renesans olacaq, onda görəcəyik. Axı renesans özü də bərpadır. Belə ki, indi hələ tekniki işlər bərpa olunur, yaradıcılıq işləri yox. Odessada deyildiyi kimi, bunlar hər ikisi başqa-başqa şeylərdir. Ümid edək ki, bu işlər yaradıcılıq işlərinə də müsbət təsir göstərəcək. Yeni qurğular, yeni texnologiya - bunlar hamısı müasir fikirlərlə istifadə olunacaq. Əgər bizim gördüyümüz işlər sox keyfiyyətli alınsa da, onları ekrana qoymayacaqlar. Çünki həmin filmlərin texnikası bugünkü kirayəni qane etmir. Ümid edək ki, nə vaxt yaradıcılığa normal şərait yaranacaq, onda həm gənc, həm orta nəsil yaradıcılığa əvvəlkindən də artıq diqqətlə yanaşacaq".

Xəbər lenti

Xəbər lenti