...

Azərbaycanlı güləşçiləri Qubaya təlim-məşq toplantısına yollanıblar

Cəmiyyət Materials 8 Avqust 2007 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın sərbəst güləş yığması avqustun 20-26-da Pekində keçiriləcək gənclər arasında dünya birinciliyinə hazırlıq çərçivəsində Qubaya təlim-məşq toplanışına yollanıb.

Trend in verdiyi xəbərə görə, məşqlər zamanı 2003-cü ildəki mundialın qalibi Arif Abdullayev Çindəki dünya birinciliyində medallar uğrunda mübarizə aparacaq heyətin tərkibini müəyyənləşdirmək niyyətindədir. Bəzi namizədləri məşqçi bu yaxınlarda Tiflisdə keçirilən beynəlxalq turnirdə sınaqdan keçirib. Lakin bəzi çəki dərəcələrində kimin birinci olacağı hələ bəlli deyil.

Güman olunur ki, yığmanın heyəti yaxın günlərdə açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti