...

Böyük Britaniya səfirliyi Azərbaycanın otüstü hokkeyçilərinə viza verməkdən imtina edib

Cəmiyyət Materials 10 Avqust 2007 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Avqustun 18-də Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşan Azərbaycanın otüstü hokkey üzrə qadınlardan ibarət yığma komandası viza problemi ilə üzləşib. Heyətini 2 gün əvvəl açıqlayan komanda Böyük Britaniya səfirliyindən viza ala bilmədiyindən bu günədək həmin ölkəyə yola düşməyib. Çempionatın keçirilməsinə az vaxt qaldığı bir müddətdə baş verən hadisə yığma üzvlərinin psixoloji hazırlığına mənfi təsir edir.

Avropa Çempionatında ilk üçlüyə ciddi iddiası olan Azərbaycan millisinin birincilikdə iştirakı bürokratik məneələrlə əngəllənib.

Qeyd edək ki, Avropa çempionatı lisenziya xarakteri daşıyır. Belə ki, qitə birinciliyində ilk 3 yeri tutan komandalar 2008-ci ildə Pekində keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.

Britaniya səfirliyindən bu məsələ ilə bağlı məlumat almaq mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti