...

Müğənni Günel Məhərrəmova "Yay festivalı"nın təşkilatçılarından narazıdır

Cəmiyyət Materials 11 Avqust 2007 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 avqust /müx. "TrendLife" Süleyman Vəliyev/ Yay musiqi festivalının səhnəsindən düşən "Azəri Star-2004" müsabiqəsinin qalibi Günel Məhərrəmova yaman əsəbiləşmişdi. "Görürsən onun mahnısı necə eşidilirdi, mən oxuyanda isə demək olar ki, səs gəlmirdi" - deyirdi. Onun prodüsseri isə "Niyə əsəbiləşirsən? Onsuz da efirdə düzəliş edəcəklər" - kimi sözlərlə onu sakitləşdirməyə çalışırdı. Əlimizdə diktafon ona yaxınlaşanda sakitləşdi, hirsini yüngül gülüşlə əvəzlədi.

- Sən həmişə belə əsəbisən? Axı hələ cavansan?

- Bəli, arada olur. Hər xırda şeyə görə özümdən çıxıram. Amma tez də keçir.

- Bəs səni Aygün Kazımova ilə müqayisə edəndə əsəbiləşmirsən?

- Xeyir, əksinə. O, çox gözəl xanımdır və müğənnidir. Bu müqayisə mənim üçün fəxrdir.

- Amma sənin öz üzün və imicin olmalıdır.

- Əlbəttə. Əgər Allah məni belə yaradıbsa, nə edə bilərəm.

- Bəziləri estradada özlərinə "Baqira", "Pişik", "Elit-star", "Qızıl şlyager", "Madonna", "Pri madonna" kimi ləqəblər götürürlər. Bəs sənin nə yaxşı indiyinə qədər "psevdonim"in yoxdur?

- Sözün düzü mənim xoşuma gəlmir. Mənim soyadım var və mən bununla fəxr edirəm.

- Sənin maraqlı geyimin var. Elə müğənnilər var ki, dəblə geyinir, lakin özlərini gülünc vəziyyətə qoyurlar. Bəzi yaşlı müğənnilər isə dekolte geyinirlər.

- (Gülür). Hər kəs öz geyimini özü seçir. Mən özümə geyim alanda 5 nəfər məsləhətçi götürürəm. O ki, qaldı bədən quruluşuna, mən kökəlməyə meyilliyəm. Məhz formamı saxlamaq üçün isə hər səhər idman edirəm.

Xəbər lenti

Xəbər lenti