...

Gürcüstan-Azərbaycan sərhədində turist infrastrukturu tikiləcək

Cəmiyyət Materials 13 Avqust 2007 12:26 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Gürcüstanın Ətraf Mühitin və Təbii Resursların Müdafiəsi Nazirliyi Gürcüstan-Azərbaycan sərhədinin yaxınlığında Vaşlovan qoruğunun ərazisində kurort tikmək niyyətindədir. Gürcüstanın ətraf mühitin və təbii resursların müdafiəsi naziri David Tkeşelaşvilinin verdiyi məlumata görə, müvafiq infrastrukturun tikintisinə 1 mln. lari sərf olunacaq.

Gürcüstan-Azərbaycan sərhədində, 500 metrlik sərhəd xəttində yerləşən qoruğun ərazisində "bunqalo" tipli mehmanxana tikiləcək. Turist infrastrukturunun tikintisinə artıq icazə verilib.

Məbləğin yarı hissəsi Dünya Bankı tərəfindən ayrılacaq, tikinti işləri isə qismən dövlət büdcəsi hesabına maliyyələşdiriləcək.

Alazani çayına turist axınını artırmaq məqsədilə qoruğun ərazisində idmanın su növü ilə məşğul olmaq üçün şərait yaradılacaq. Bununla yanaşı, ayrı-ayrı məntəqələrdə "piknik" üçün yerlər təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti