...

Ruslan Əliyev Universiadada ilk döyüşündə qalib gəlib

Cəmiyyət Materials 14 Avqust 2007 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanlı cüdoçu Ruslan Əliyev ( 81 kq) Banqkokda keçirilən Ümumdünya Universiadasındakı çıxışına uğurla başlayıb.

İlk görüşdə həmyerlimiz livanlı Corc Mexreb üzərində inamlı qələbə qazanıb. Ruslan "ippon" fəndini işlədərək rəqibi üzərində vaxtından əvvəl qələbə qazanıb. Beləliklə, Əliyev 1/8 finala çıxıb və indi rəqibini gözləyir.

Bu çəki dərəcəsində əsas favoritlərdən biri yaponiyalı Xirokato Taka hesab olunur. Taka da ilk mərhələni rahat keçə bilib.

Azərbaycan yığması hələlik Universiadada medal qazanmayıb və cüdoçular bu boşluğu doldura bilərlər.

Xəbər lenti

Xəbər lenti