...

Müğənni Baloğlan Əşrəfov Yaşıl Teatrda konsert proqramı ilə çıxış edəcək

Cəmiyyət Materials 16 Avqust 2007 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Yaşıl Teatr fəal işə başlayıb. Teatrın baş rejissoru, tanınmış bəstəkar Faiq Sücəddinovun "TrendLife"a verdiyi məlumata görə, sentyabrın 16-da teatrın səhnəsində sevilən ifaçı Baloğlan Əşrəfovun konserti planlaşdırılır. Son vaxtlar ciddi xəstəliyi üzündən tamaşaçılarından uzaq düşmüş müğənni artıq yeni görüşə hazırdır. Bundan başqa, deyilənlərə görə, Yaşıl Teatrda türk müğənnisi Çelikin və Azərbaycan estradasının tanınmış ifaçılarından Yeganənin də konserti gözlənilir. Bu barədə isə Faiq müəllim heç nə eşitmədiyini bildirdi.

Azərbaycan, Bakı, 16 avqust /müx.TrendLife Vüqar İmanov/Uşağın dünyaya gəlişi sevincm həyat boyu yaddan çıxmır. Balaca körpə valideynə unudulmayan anlar bəxş edir. Hamı yaxşı bilir ki, şirin balanın dünyaya gəlişi həyacan və kədərdən çox sevinc gətirir. Validenin borcu is əövladını layiqli şəxsiyyət kimi formalaşdırsın. İndii isə sizə xoşbəxt və tanınmış ailələrdən biri olan müğənni Elnarə və teleaparıcı Rövşən Cahangirovu təqdim edirik. Onlarnı evində iki ay bundan öncə balaca qızcığaz dünyaya gəlmişdir. Beləki onun adını qədim azərbaycan eposu olan "Kitabi Dədə Qorqud"-da qəhrəmanın Adı ilə Burla-xatun qoymuşlar. Lakin bu hələ son deyil. Gənc ailə daha dörd uşaq arzusundadır. -Validen olduqdan sonra özünüzü necə hiss edirsiniz? Ata anna sevinci bir azdan yuxsuz gecələrlə, uşağa tərbiyyə verməklə əvəz olunacaq. -Rövşən: Mən ata olduqdan sonra hər şey dəyişdi. Belə ki, özümdə daha çox məsuliyyət hiss etməyə başladım. Özümdən asılı olmayaraq tez-tez evə zəng vururam, uşağı soruşuram. İşimi bitirən kimi evə qaçıram. İndidən onun gələcəyini düşünürəm. -Elnarə: mən biləndə ki körpəm olacaq, başa düşdüm ki, bütün həyatım dəyişəcək. Artıq anna olduqdan sonra isə fikirləşirəm ki, bu balaca üçün biz hər şey: pəncərədə işıq, arxa, Ən yaxşı dost olmalıyıq. -Bəs nəyə görə balacanı məhz Burla-xatun adlandırdınız?-E: O xan qızı və xan arvadıdır. Mən inanıram ki, qəzəm da böyüyəndə ya diplomat yada səfir olacaq. -R: biz qərara gəlmişdik ki, uşaqlarımızı azərbaycan köklü olan fars, ərəb, türk adları ilə çağıraq. HƏm də bu hələ ilkimizdir. İnşallah biz hələ minimum dördünü planlaşdırırq. -Belə zamanda.... Mən Elnarənin vəziyyətini təsəvvür edirəm. Ona o qədərdə asan olmayacaq. -R: Burda nə var ki. O vaxt nənələrimizin 10-12 uşağı olub. -E:Ümumiyyətlə bu mənim ideyam olub. Mənim ata nənəmin 11 ana nənəmin isə 9 uşaqları olub. -Nənələriniz adətini davam etdirmək istəyirsiiz?-R:Bilirsiniz , qızın bacısı və qardaşı olmalıdır. Əgər oğlan olsa, yenə də bacı və qardaş lazım olacaq. Beləliklə dörd uşaq alınır.-E:mənim körpəm dünyaya gələndə fikirləşdim ki, bir daha doğmayacam. Sonra o şirin Balanı qucağıma götürəndə Allahın mənə bəxş etdiyi Ən gözəl şeyi anladım. Ən başlıcası yalnış fikirdə olduğumu anladım. İndii isə deyirəm biridə. Daha biridə olsun... -Elnarə, düzünü de...Rövşən ev işlərində, uşağı dəyişməkdə, sıyıq bişirməkdə sənə kömək edir? Gecələr uşaq ağlamağından bezmirki?-E: əlbəttə kömək edir. Gecələr uşağada baxır. Bir yerə getmək lazım olanda onun yanında qoyub gedirəm. Kaşa bişirməyə gəldikdə isə uşaq anna sudu ilə böyüyür.R: Nəsə almaq lazım olanda mənə məsuliyyətsiz deyir.E: (Gülür) Rövşən ailəcanlıdır. Mən ondan çox razıyam. O, da məndən. -bəzi analar südləri ola-ola uşaqlarına müxtəlif gür "Uşaq yeməkləri" verirlər. Bunun səbəbini isə bədən qurluşlarının korlanması ilə izah edirlər. -E: Qoy korlansın. Mənim üçün Ən əsası uşağımın sağlam olmasıdır. Mən və Rövşən uşağımız üçün hər şeydən keçərik. -İndi uşağa dayə tutmaq dəb halına çevrilib. Sən istəmirsən?-E: Əlbəttə yox. Balacanın iki nənəsi və babası var. Ümumiyyətlə mən on dayəyə dəyərəm. -Bəs qorxmursunuz ki, doğma dayə yanında uşaq eqost ola bilər?R: Yox. Hər şey uşağın tərbiyyəsindən asılıdr. Əsas valideyndir. Burda nənə baba qayğısı keçmir. Mən qızımı vətəepərvər ruhda kişi xasiyyətdə tərbiyyə edəcəm. -Bəzi atalar körpə uşaqları qucaqlarına almağa qorxurlar. Elə bilirlər ki, indii əllərində olan "büllur qab" düşəcək. Bəs Rövşən necə?-E: Mən doğum evindən çıxanda Rövşən mənə yaxınlaşıb sanki uşağı qucağımdan qopardı. Mən sizinlə razıyam elə atalar var ki, uşağı altı ayına qədər qucaqlarına ala bilmirlər. -Yaxşı, indi Rövşən ən çox kimi istəyir- yoldaşını yoxsa uşağını? Deməki ikisinidə eyni isəyirsən.R: Hərənin öz yeri var. Elnarəni yoldaşm kimi Burla-xatunu isə övladım kimi istəyirəm. Bu hisslər müqayisə olunmur.-Rövşən sən vətənpərvər verlişləri aparıcısısan. Qızının hərbi xidmətdə olmasını istəyərsən?-Qız hərbi xidmətdə yalnız tibb bacısı kimi ola bilər. Mən qızın əlində silah tutmasının əleyhinəyəm.-Bəs balacanı nəzərdən necə qoruyursunuz?-E: (Gülür) qədim ənənlərimizə görə hər gün başına üzərlik çevirirəm. Başının altına bıçaq və çörək qoyuram. Balacanın paltarının üstü doludur göz muncuğu ilə. -Elnarə sən şou-biznes nümayəndələrinin içində nadirisən ki ailəni karyerana qurban verdin. Yerigəlmişkən səhnəyə nə vaxt qayıdırsan. Qızına mahnı vəya klip çəkmək fikrin varmı?-E: Mən nə birinci nə də sonuncu deyiləm. Məsələn dosttlarımdan olan Lalə Məmmədova, Gülyanaq Məmmmədova, Samirə də anadırlar. Mən hər kəsə ailə xöşbəxtliyi arzulayıram. Oki qaldı qızıma mahnı həsr etmək, hazırda ailəmiz həqdə layihə üzərində çalışıram. Bu koip "Lay-lay" adlanacaq. Həmin klipdə bizim toy və şəxsi şəkillərimizdən istifadə olunacaq. Ən sonda balacanın kadrları ilə bitəcək. Müəllifdən: Balacaya qulluq etmək onu yedizdirməkdən və çimizdirməkdən ibarət deyil. Onlara qulluq etmək daim onlarla söhbətləşməkdir. Onlara çoxlu vaxt ayırın. Uşaq ağladığı vaxt sizi köməyə çağırır. Heç vaxt onları sizinlə söhbətdən məhrum etməyin.

Xəbər lenti

Xəbər lenti