Azərbaycan, Bakı / Trend müx. Z.Səfərov/ Azərbaycanın voleybol yığmasının liderlərindən biri Natalya Məmmədova avqustun 20-də İdman Sarayında start götürəcək Heydər Əliyev Kubokunda iştirak edə bilməyəcək.
Milli Federasiyadan verilən məlumata görə, voleybolçu ailə vəziyyəti ilə əlaqədar Bakıya gələ bilməyəcək və komandaya Belçika və Lüksemburqda keçiriləcək qitə birinciliyinə hazırlıq mərhələsində qoşulacaq. Çempionlar liqasının ötən mövsümünün ən yaxşı oyunçusu kimi tanınan Məmmədova həmçinin sentyabrda Ankarada start götürəcək Avropa Qran-Prisində iştirak edə bilməyəcək. Bu üzdən də ciddi kadr çatışmazlığı problemləri ilə üzləşən Faiq Qarayev artıq indidən komandanın hücumda yaxşı oyun göstərməsi üçün yeni taktiki sxemlər üzərində düşünməlidir.