Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Avqustun 20-də İdman Sarayında start götürəcək Heydər Əliyev Kubokunun oyunlarını Türkiyə və Bolqarıstandan olan hakimlər idarə edəcəklər.
Voleybol Federasiyasından Trend ə verilən məlumata görə, turnirin hər bir iştirakçısı heyətinə beynəlxalq kateqoriyalı referini daxil edə bilər, lakin bu təklifə yalnız iki komanda müsbət cavab verib. Nəzərə alınsa ki, gündə üç oyun olacaq, Bolqarıstan, Türkiyə və Azərbaycandan olan arbitrlər hərəyə bir görüş idarə edəcəklər.
Debüt xarakteri daşıyan yarışda İsrail, Yunanıstan və Ukrayna kollektivləri iştirak edəcəklər. Sonuncular artıq Bakıya gəliblər və Qubada məşq edib Azərbaycan voleybolçuları ilə yoxlama görüşü keçirə biliblər.