...

Bakıda Niyazinin 95 illiyi qeyd olundu

Cəmiyyət Materials 21 Avqust 2007 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı / "TrendLife" müxbir E. Hüseynzadə\ Dünən Azərbaycanın görkəmli dirijoru və bəstəkarı Niyazinin 95 yaşı tamam oldu. Yubiley rəqəmdir. "TrendLife"ın verdiyi məlumata görə, bu məqsədlə onun ev muzeyində anım mərasimi keçirildi. Mərasimə bir çox insanlar təşrif buyurmuşdular. Bu qonaqlar arasında müxtəlif xarici təşkilatların nümayəndələri də vardı. Gecədə Niyazinin əsərlərindən bir parça səsləndi. Görün onun haqqında Yalçın Adıgözəlzadə "TrendLife"a nələri söylədi: "Niyazinin Azərbaycan musiqisində etdikləri əvəz olunmazdır. Sözsüz ki, bizdə Üzeyir bəy kimi, Qara Qarayev kimi, Cövdət Hacıyev kimi nəhəng bəstəkarlar olub. Lakin mənim üçün Niyazi dirijorluqdan əlavə həmçinin görkəmli bəstəkar idi. Bəstəkar əsərlər yazır. Bu əsər səslənməlidir. Ən əsası isə həmin əsər bütün dünyada dinlənməlidir. Bunu isə Niyazi bacarırdı. O, azərbaycan musiqisini dünyada tanıda bilirdi. O bir Rəşid Behbudov kimi idi. Məhz onların sayəsində Azərbaycan musiqisi tanındı. Maestro qısa müddət də olsa Kirov teatrında baş dirijor vəzifəsində işlədi. O xaricə qastrollara gedəndə ən azından "Kovent-Qardendə" çıxış edirdi. Mən hələ İstambuldan danışmıram. İstanbulda opera 1973-cü ildə açılıb. Maestroya qədər isə Türkiyədə operanın nə olduğunu bilmirdilər. Ümumiyyətlə, o olmasaydı, Azərbaycanda dirijorluq məktəbi olmazdı. Bir şeyə təssüflənirəm ki, mən Leninqrad konservatoriyasını bitirib diplomla qayıtdıqda artıq Niyazi sağ deyildir. Əgər o sağ olsaydı qayıtdıqdan sonra məni oğul kimi qəbul edib, qanadlarının altına çəkərdi. Bəlkə də indi hər şey tam başqa cür olardı. Mən ömrüm boyu özümü maestroya borclu sayıram. 1992-ci ildə Moskva konservatoriyasının Böyük zalında onun 80 illik yubileyi keçirilirdi. Sonra 2002-ci ildə İstanbul operasında onun 90 illiyi keçirildi. Hansı ölkədə oluramsa olum mütləq onun əsərlərini ifa edirəm. Niyazinin qiymətliliyi ondadır ki, o millətçi vətənpərvər insan idi. O Vətənini çox dərindən sevirdi. Niyazi Üzeyir bəyin qardaşı oğludur. Daha nə danışasan? Ümidvaram ki, Bakıda nə vaxtsa Niyazi adına beynəlxalq dirijor müsabiqələri keçiriləcək. O, buna layiqdir. Allaha çox şükür ki, onun ev muzeyi yaxşı vəziyyətdədir. Mən 90-cı illərdə Dövlət orkestrində baş dirijor olanda yanıma çoxlu solistlər gəlirdi. Onda çox utanırdım. Muzey pis vəziyyətdə idi. İndi isə hər şey yaxşıdır. Niyazi daima qəlblərdə yaşayacaq".

Çıxışlardan əvvəl musiqi səsləndi. Əməkdar artist Gülyaz İsmayılova Niyazinin "Arzu" romansını, BMA-nın dosenti Ülviyyə Hacıbəyova onun bir neçə əsərlərini ifa etdilər. Ümumiyyətlə, Niyaziyinin ev muzeyinə daxil olanda adamın ürəyi açılır. İnanın ki hər şey çox gözəl idi!

Xəbər lenti

Xəbər lenti