...

Azərbaycan Musiqili Komediya Teatrı Afaq Bəşirqızının ifasında yeni tamaşa hazırlayır

Cəmiyyət Materials 23 Avqust 2007 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Hazırda Musiqili Komediya Teatrında yeni tamaşa üzərində fal iş gedir. Bu haqda "TrendLife"a bəstəkar Sərdar Fərəcov xəbər verib. Tamaşa "Öldür məni, göyərçin" adlanır. Bu tamaşa türk yazıçısı Əziz Nesinin məşhur əsəri üzərində qoyulacaq. Tamaşanın liberettosunu Oruc Qurbanov, musiqisini isə Sərdar Fərəcov hazırlayır. Tamaşada əsas rolu isə Afaq Bəşirqızının ifa edəcəyi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti