...

Müğənni Tünzalə Ağayeva açıq səma altında konsert verəcək

Cəmiyyət Materials 23 Avqust 2007 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı / "TrendLife" müxbir E. Hüseynzadə/ Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın "Mənim Vətənim" adlı layihəsinin geniş təqdimatı payız ayında gözlənilir.

Müğənninin prodüseri Yalçın Cabbarovun "TrendLife"a verdiyi məlumata görə konsert proqramı açıq səma altında olacaq. Lakin bu haqda danışmaq hələ ki, çox tezdir. Müğənni hazırda Çexiyada keçirilən "Rəngarəng planet" adlı musiqi festivalında çıxışına hazırlaşır. Festival sentyabrın 6-dan 10-na kimi keçiriləcək. Tünzalə 40 dəqiqəlik proqramla çıxış edəcək. Onu da qeyd edək ki, müğənnimizi həmin festivalda iştirak etməyə artıq iki ildir dalbadal dəvət edirlər.

Xəbər lenti

Xəbər lenti