...

Müğənni Nazim Faytonçu Aqil M. Quliyevə klip çəkdirməyəcək

Cəmiyyət Materials 23 Avqust 2007 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı / "TrendLife" müxbir E. Hüseynzadə/ Tanınmış müğənni Nazim Faytonçu "Nə edim?" mahnısına klip çəkdirməyə hazırlaşır. Müğənninin "TrendLife"a verdiyi məlumata görə mahnının musiqisi İsmayıla, sözləri isə Rəsmiyyə Sabirə aiddir. Əvvələr klipin çəklişlərini Aqil M. Quliyevə həvalə edən müğənni indi vəziyyətin dəyişdiyini söylədi. "Aqilin işi çox olduğundan Fuad Əlişova müraciət etdim. Düşünürəm ki, sentyabr ayında işimizi bitirəcəyik. Çəkilişlər həm Bakıda həm də Moskvada olacaq".

Onu da qeyd edək ki, klipin təqdimatı müğənnin yeni albomu ilə eyni vaxtda olacaq. Lakin albomun necə adlandırılacağı hələ ki, məlum deyil.

Xəbər lenti

Xəbər lenti