...

Atlet Ramil Quliyev: "Olimpiadada ilk səkkizlikdə yer uğrunda mübarizə aparacağam"

Cəmiyyət Materials 25 Avqust 2007 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Pekində keçiriləcək Olimpiada-2008-də səkkizlikdə yer uğrunda mübarizə aparmağı planlaşdırıram". Bu barədə Trend ə gənclər arasında 200 metr məsafəyə qaçış ilə bağlı yüngül altletika üzrə dünya birinciliyinin gümüş mükafatçısı və olimpiya normativini yerinə yetirən Ramil Quliyev bildirib.

İdmançı etiraf edib ki, titula malik olan rəqiblərlə mübarizə aparmaq asan olmayacaq, lakin yüksək nəticələrə iddia edir. "Pekindəki gələcək çıxışı Londonda keçiriləcək Olimpiada-2012-də iştirak üçün trampilin hesab edirəm. Hələ ki, mən təcrübə toplayıram. Öz nəticələrimi yaxşılaşdırmaq və Olimpiadaya yaxşı formada getmək üçün mənim kifayət qədər vaxtım var. Olimpiada özünü təsdiq etmək üçün ən yaxşı şansdır" - deyə Quliyev bildirib.

Qeyd edək ki, Ramil 100 metr məsafədə olimpiya normativini yerinə yetiməyi, həmçinin estafet qaçışında bəxtini sınamağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti