...

Mübariz Tağıyev: "Şou-biznes restoranda mahnı oxumaq deyil"

Cəmiyyət Materials 27 Avqust 2007 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust / "TrendLife" , müxbir Günel Əhmədova/ "İndi biz yaşda sənətkarlar klip çəkdirmirlər. Buna imkan da yoxdur. Musiqi sənətində tarazlıq pozulub. Əsası düzgün qurulmayan şou-biznes aləmində mütləq dəyişikliklər olmalıdır" - bu sözləri "TrendLife"ın müxbiri ilə söhbətində xalq artisti Mübariz Tağıyev bildirib.

Onun fikrincə, hazırda şou-biznes nümayəndələri nə ifa edəcəklərini bilmirlər. Xalq artisti bu qənaətdədir ki, onların bir istiqamətə yönəlməsi Azərbaycan musiqisinə zərbə vurur:

"Şou-biznes yalnız restoranda oxumaq demək deyil. Onlar klassika da oxumalı, musiqidə tar-kamandan da istifadə etməlidirlər".

Söhbəti zamanı Tağıyev şoumenlərə də toxunaraq, Azərbaycanda aparıcılıq sənətinin yox dərəcəsində olduğunu qeyd etdi. Müğənni şoumenləri bir çox hallarda sənətdə sözünü deməyən ifaçıları təntənə ilə təqdim etmələrinə görə qınadı.

Xəbər lenti

Xəbər lenti