...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər istiqamətində atəşkəsi pozub

Cəmiyyət Materials 31 Avqust 2007 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər istiqamətində atəşkəsi pozublar. Müdafiə Nazirliyindən cümə günü verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 30-u saat 22.45-dən 23.00-dək Tərtər rayonunun Borsunlu kəndinin şimal-şərqində yerləşən mövqelərindən, avqustun 31-i saat 05.20-dən 06.10-dək həmin rayonun Həsənqaya kəndinin cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutublar.

Cavab atəşi ilə düşmən susudurulub. Itki yoxdur.

Xəbər lenti

Xəbər lenti