...

Şəhriyar Məmmədyarov Eduard Dubovun reytinqində doqquzuncu yeri tutur

Cəmiyyət Materials 4 Sentyabr 2007 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Safarov/ Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov FİDE Komissiyasının üzvü Eduard Dubovun İsveçrə sistemi ilə hazırladığı reytinqdə doqquzuncu yeri tutur.

Şahmatçı dərəcə cədvəlində rusiyalı Pyotr Svidler və Aleksandr Qrişuku, israilli Boris Gelfandı, ingilis Maykl Adamsı, macar Yudit Polqarı, erməni Vladimir Akopyanı, norveçli Maqnus Karlseni və digər şahmatçıları geridə qoyur. Onuncu yeri isə bu yaxınlarda Veyk-An-Zee, Linares və Sofiyada keçirilən turnirlərə dəvət olunan digər azərbaycanlı Teymur Rəcəbov tutur.

Liderliyi isə həmişəki kimi müvafiq olaraq ikinci və üçüncü yerləri tutan Vişvanat Ananda və Vladimir Kramniki geridə qoyan Harri Kasparov qoruyub saxlayır.

Xəbər lenti

Xəbər lenti