...

Madrid Bakı ilə 2016-ci il Olimpiya oyunlarının keçirilmə hüququ uğrunda mübarizədə mövqeyini möhkəmləndirir

Cəmiyyət Materials 4 Sentyabr 2007 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend

müxbir Z.Səfərov/ 2016-cı il Olimpiadasının qəbul edilməsi uğrunda mübarizədə Bakının rəqibi olan Madrid yerli sakinlərin səsverməsilə Olimpiya oyunlarının rəsmi loqotipini seçməyə başlayıb.

İspaniya KİV-nin verdiyi məlumata görə, paytaxt meri Alberto Ruiz-Qalyardo qeyd edib ki, Madrid lap əvvəllərdən Olimpiada üçün yaxşı loqotipin seçilməsi və dizaynının işlənməsində, milliyyətindən və yaşadığı yerdən asılı olmayaraq, bütün vətəndaşların iştirakının mümkün olduğu yeganə dövlət olub.

İspaniya paytaxtının sakinlərinə iyunun 18-dən müsabiqə iştirakçıları tərəfindən göndərilən iki mindən çox variant içərisindən 10 ən yaxşı loqotip təqdim olunub. Təqdim olunan variantlardan öküz buynuzu şəklində qara "M" hərfi, mavi rəngli "2016-cı il" yazısı, Madrid ərazisindən axan Mansanares çayının simvolu, uzadılmış əl, üzərində şəkillər çəkilmiş İspaniya bayrağını qeyd etmək olar.

Xəbər lenti

Xəbər lenti