...

Ukraynalı uşaqlar Azərbaycan nağılları oxuyacaqlar

Cəmiyyət Materials 6 Sentyabr 2007 15:14 (UTC +04:00)
Ukraynalı uşaqlar Azərbaycan nağılları oxuyacaqlar

Ukrayna, Kiyev / Trend , müxbir Z.Novosvitski/ Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevin verdiyi məlumata görə, Kiyevdə Ukrayna dilində Azərbaycan xalq nağılları çap olununb.

Onun sözlərinə görə, Azərbaycanın Ukraynadakı səfirliyi bu kitabın işıq üzü görməsində köməklik göstərib.

"Kitabın hazırlanmasına , tərcümə üzərində iş və nəşr də daxil olmaqla, altı ay sərf olunub" - deyə Tələt Əliyev bildirib. "Mən hesab edirəm ki, ukraynalı uşaqlar bu kitabı oxuyaraq, Azərbaycan xalqının tarixi, məişəti və adətləri ilə bağlı məlumat alacaqlar" - deyə Əliyev əlavə edib.

Kitab 2 min nüsxə tirajla buraxılıb, lakin bu , ilk buraxılışdır, bundan sonra da kitabın bir neçə buraxılışının olacağı istisna edilmir.

Səfir bildirib ki, kitabın nüsxələri Xodoseyevka kənd (Kiyev vilayəti) məktəbinin birinci sinif şagirdləri arasında paylanıb və səfirlik bu məktəblə xoş münasibətlər qurub. "İki il bundan əvvəl biz bu məktəbdə tarix kabinetini, ötən il isə kompüter kabinetini təmir edib istifadəyə verdik. Bu il birincilərə Ukrayna dilində Azərbaycan nağılları kitabını hədiyyə etdik. Bu o deməkdir ki, biz hər il uşaqlara hədiyyə edirik, bu onların çox xoşuna gəlir və onların yaddaşında daim qalacaq" - deyə Tələt Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti