Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Milli Televiziya və Radio Şurası (MTRŞ) "Azadlıq" və "Amerikanın səsi" xarici radiokanallara milli tezlikdə yayımlanması üçün bir illik müddətinə lisenziya verib. Bununla bağlı MTRŞ-nın cümə günü keçirilən iclasında qərar çıxarılıb. Bu barədə cümə günü Trend ə MTRŞ-dan məlumat verilib.
Azərbaycanda üç xarici radiostansiya fəaliyyət göstərir. MTRŞ bundan öncə BBC xarici radiostansiyasının Azərbaycanın milli tezliyində yayımlanmasına dair lisenziyanın verilməsini təmin edib.
İclasda həmçinin Lənkəranı əhatə edəcək "Cənub"TV MMC-yə 6 il müddətinə yayım üçün xüsusi razılıq (lisenziya) verilib.