...

Teleradio Şurasının sədri: "Rusiya tərəfindən cavab gəlməsə, RTR-in Azərbaycanda yayımı dayandırıla bilər"

Cəmiyyət Materials 7 Sentyabr 2007 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Teleradio Şurasının növbəti iclasına qədər Rusiya tərəfi RTR-in və AzTV-nin qarşılıqlı yayımına dair konkret mövqe bildirməsə, RTR-in Azərbaycanda yayımı dayandırıla bilər. Bu barədə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli cümə günü Trend ə açıqlamasında məlumat verib.

Teleradio Şurası xarci telekanalların Azərbaycanda yerli tezliklərdə yayımının dayandırılmasına qərar verib. Türkiyənin "Kanal D", Rusiyanın OTR kanalları dayandırılıb, Türkiyənin STV kanalının tezliyinə tender elan olunub. Rusiyanın dövlət televiziyası olan "RTR-planeta"nın isə yayımının müqabilində Azərbaycanın dövlət kanalı olan AzTV-nin Rusiya ərazisində yayımlanması üçün işçi qrup yaradılıb və danışıqlar aparılır.

Məhərrəmli bildirib ki, hazırda danışıqlar davam etdirilir. Lakin hələ ki, Rusiya tərəfi qarşılıqlı yayımla bağlı heç bir cavab verməyib. Onun sözlərinə görə, Şuranın növbəti iclasında STV-nin tezliyinə elan olunmuş müsabiqənin yekunu və RTR kanalının yayımının davam etdirilib-etdirilməməsi məsələləri müzakirə olunacaq.

"Rusiya tərəfinin bizə cavab verməsini gözləyirik. Bilmək istəyirik ki, nəyə görə bu işi uzadırlar. Bizə verilən cavaba uyğun olaraq da RTR ilə bağlı qərar çıxaracağıq" - deyə Teleradio Şurasının sədri açıqlama verib.

Xəbər lenti

Xəbər lenti