...

Azərbaycanın iki boksçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Cəmiyyət Materials 8 Sentyabr 2007 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ İki Azərbaycan boksçusu Heydər Əliyev adına İdman-Konsert Kompleksində yeniyetmələr arasında keçirilən dünya çempionatının finalına vəsiqə qazanıb.

Trend in verdiyi məlumata görə, Elvin İsayev 46 kq qədər çəki dərəcəsində özünü əla göstərib və İngiltərədən olan Martın Uordu 18:5 hesabı ilə məğlub edib. İndi rinq sahibi finalda ukraynalı Qriqori Nikolayçuka heç bir şans verməyərək 21:10 hesabı ilə yenən Hindistan boksçusu Umeş Yadava ilə qarşılaşacaq. Elvinin uğurunu İlkin Ağayev də ( 52 kq) təkrarlayıb. O, yarımfinalda Cənubi Koreyadan olan Sun Donq-Xuna 16:11 hesabı ilə qalib gələrək finala çıxıb.

Qeyd etmək lazımdır ki, finala çıxmaq hüququ uğrunda özlərini ən azı bürünc medalla təmin etmiş Elvin Əliev ( 54 kq), Heybətulla Hacıəliyev ( 57 kq), Qismət Eynullayev ( 60 kq), Anar Cəfərov ( 63 kq) və Rəşad Abdullayev ( 86 kq) də mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti