...

Sabiq səhiyyə nazirinin məhkəməsində prokuror çıxış üçün vaxt istəyib

Cəmiyyət Materials 10 Sentyabr 2007 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Sabiq səhiyyə naziri və digərlərinin işi üzrə verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Qayıl Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Fəxrəddin Abbasovun vəkili Akif Əlizadə çıxış edib.

Vəkil dövlət əmlakını mənimsədiyi üçün məhkəmənin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilmiş Abbasovun 3 səhiyyə oyektinin özəlləşdirilməsində formal iştirak etdiyini bildirib. Vəkilin sözlərinə görə, "Vital Medikal"ın icraçı direktoru olan Abbasov təsisinin tapşırığı ilə özəlləşdirməyə çıxarılan obyektləri icarəyə götürüb və sonradan onların özəlləşdirilməsi ilə bağlı bəzi sənədləri imzalayıb: "Onun bu əməlində cinayət varsa, onda təsisçi də cinayət məsuliyyətinə cəlb olunmalıdır. Məhkəmə Abbasov barəsində bəraət hökmü çıxarmalıdır".

Mülki cavabdeh Vəkil Abbasovun nümayəndəsi Akif Əlizadə Səməd Vurğun 8-də yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi ilə bağlı məhkəmə hökmünün dəyişdirilməsini, baş prokurorun mülki iddiasının təmin olunmamasını xahiş edib.

Dövlət ittihamçısı Məhərrəm Mustafayev çıxışa hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.

Proses sentyabrın 13-də dövlət ittihamçısının çıxışı ilə davam etdiriləcək.

Dövlət çevrilişinə cəhd, kütləvi iğtişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri Əli İnsanov bu il aprelin 20-də məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib.

Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılır. O, səhhətindəki problemlərlə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir. İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib.

Məhkəmənin hökmü ilə sabiq nazirlə bərabər eyni cinayətlərdə təqsirləndirilən Səhiyyə Nazirliyinin sabiq əməkdaşları Fəxrəddin Abbasov, Anar Namazov, Pərviz Kazımova 7 il 6 ay, Fuad Mahmudova 5 il sına qmüddətinə 7 il 6 ay, Vəkil Abbasova 4 il sınaq müddətinə 5 il, Akif Məhərrəmova əmlakı müsadirə olunmaqla 9 il, Eldar Rzayevə 7 il, Hacı Əliyevə 5 il sınaq müddətinə 7il, Şövqü Cəfərova 5 il sınaq müddətinə 7 il, Aleksandr Umyaşkinə 3 il iş verilib.

Xəbər lenti

Xəbər lenti