...

Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatına start verildi

İdman Materials 11 Fevral 2012 11:54 (UTC +04:00)
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatına start verildi
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatına start verildi

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir M.Əliyev/

Bu gün Qusarın Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatına start verilib.

Trend-in məlumatına görə, fevralın 11-12-də Hava və Ekstremal İdman Növləri Federasiyasının Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birlikdə keçirdiyi çempionata Rusiya Federasiyasının və İran Respublikasının idmançıları da qatılıblar.

Yarışda Azərbaycandan 100 idmançı olmaqla, ümumilikdə 120 idmançı iştirak edir.
Qusarın ən hündür dağ kəndlərindən olan Ləzənin kəskin hava şəraitinə baxmayaraq, bu gün idmançılar böyük əhval ruhiyyə ilə yarışın seçim mərhələsini başa vurublar.

2 turdan ibarət turnirin bu gün keçirilən I mərhələsində idmançılar mürəkkəblik üzrə özlərini sınayır, sabah baş tutacaq II mərhələdə isə sürət üzrə yarışacaqlar.

Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı fevral 12-də final mərhələsi ilə davam edəcək.

Xəbər lenti

Xəbər lenti