...

"Xəzər-Lənkəran" büdrədi

İdman Materials 21 Fevral 2012 16:11 (UTC +04:00)
Unibank Premyer Liqasının XXI turu çərçivəsində çərşənbə axşamı 3 oyun keçirilib.
"Xəzər-Lənkəran" büdrədi

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Unibank Premyer Liqasının XXI turu çərçivəsində çərşənbə axşamı 3 oyun keçirilib.

Trend-in məlumatına görə, Tovuzun "Turan" klubunu qəbul edən AZAL 1-ci dəqiqədə Zuhir Benuahinin qolu ilə önə keçsə də, birinci hissənin sonlarına yaxın Nadir Nəbiyev hesabı bərabərləşdirib.

71-ci dəqiqədə Zuhir Benuahinin dublu, 79-cu dəqiqədə George Jara Bogiunun qolu AZAL-ın qələbəsini təmin edib. "Turan"lıların gücü isə yalnız 91-ci dəqiqədə hesab arasındakı fərqi azaltmağa çatıb (3:2).

"Qəbələ"nin qonağı olan "Xəzər-Lənkəran" 26-cı dəqiqədə Rahid Əmirquliyevin qolu ilə hesabda irəli çıxıb. Lakin 42-ci dəqiqədə Aleksandr Çertoqanov bərabərliyi təmin edib.

Matçın 92-ci dəqiqəsində Deon Burtonun qolu ilə qəbələlilər qalib gəlib (2:1). Beləliklə, "Xəzər-Lənkəran" çempionluq yolunda vacib 3 xal itirib.

Xəbər lenti

Xəbər lenti