...

Azərbaycanda "İdman ili" ilə bağlı tədbirlər planı yaxın günlərdə təsdiq olunacaq

İdman Materials 23 Fevral 2012 13:25 (UTC +04:00)
Azərbaycanda "İdman ili"nin keçirilməsi ilə bağlı tədbirlər planı yaxın günlərdə təsdiq olunacaq.
Azərbaycanda "İdman ili" ilə bağlı tədbirlər planı yaxın günlərdə təsdiq olunacaq

Azərbaycan, Bakı, 23 fevral / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda "İdman ili"nin keçirilməsi ilə bağlı tədbirlər planı yaxın günlərdə təsdiq olunacaq. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, tədbirlər planının layihəsi hazırlanıb və təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunub.

Onun sözlərinə görə, tədbirlər planında müxtəlif beynəlxalq idman yarışlarının, konfransların, təlimlərin, eyni zamanda, qadınlar arasında futbol üzrə dünya çempionatının keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2012-ci il "İdman ili" elan olunub.

Xəbər lenti

Xəbər lenti