...

"Neftçi" və "Qarabağ" üçün yubiley turu

İdman Materials 23 Mart 2012 14:58 (UTC +04:00)
Unibank Premyer Liqasının XXV turu Azərbaycan çempionatının nəhəngləri - "Neftçi" və "Qarabağ" üçün yubileylə əlamətdar olacaq.
"Neftçi" və "Qarabağ" üçün yubiley turu

Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir B.Hacıyev/

Unibank Premyer Liqasının XXV turu Azərbaycan çempionatının nəhəngləri - "Neftçi" və "Qarabağ" üçün yubileylə əlamətdar olacaq.

Trend Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumat verir ki, ölkə birinciliklərinin hamısının iştirakçısı olan 3 komandadan ikisi özləri üçün yubiley matçına çıxacaqlar. İndiyədək Premyer Liqada hamıdan çox - 549 matç keçirən "Neftçi" və "Qarabağ" 550-ci çempionat matçında qüvvəsini sınayacaq.

Hər 2 komanda yubiley oyununda prinsipial qarşılaşmaya çıxır. "Neftçi" "Xəzər Lənkəran"la "böyük oyun"da, "Qarabağ" isə "Bakı" ilə çətin səfər oyununda yubileyi qeyd edəcək.

Maraqlıdır ki, hər 2 komanda indiyədək hesabında olan 59 qarşılaşmadan 21-də texniki nəticə ilə kifayətlənib.

Komandaların nəticələrinə gəlincə isə, "Neftçi" "Qarabağ"dan daha uğurlu çıxış edib. Bakılılar 335, ağdamlılar 290 qələbə qazanıb. "Neftçi" 121, "Qarabağ" 127 heç-heçə edib. Paytaxt təmsilçisi cəmi 93 dəfə uduzubsa, əyalət klubu 132 dəfə xalsız qalıb.

Xəbər lenti

Xəbər lenti