...

TFF mayın 28-dək danışılmış oyunlarla bağlı yekun qərarını verməlidir - UEFA

İdman Materials 24 Mart 2012 14:34 (UTC +04:00)
Türkiyə Futbol Federasiyası (TFF) danışılmış oyunlarla bağlı qərarını ən gec mayın 28-dək verməlidir.
TFF mayın 28-dək danışılmış oyunlarla bağlı yekun qərarını verməlidir - UEFA

Azərbaycan, Bakı, 24 mart /Trend/

Türkiyə Futbol Federasiyası (TFF) danışılmış oyunlarla bağlı qərarını ən gec mayın 28-dək verməlidir.

UEFA-nın baş katibi Gianni İnfantino TFF-nin danışılmış oyunlarla bağlı başladığı istintaq üzrə yekun qərarın ən gec mayın 28-dək verilməli olduğunu bildirib. Bu barədə şənbə günü Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Məlumata əsasən, bu tarixdə, həmçinin "Fənərbağça"nın UEFA və TFF əleyhinə Beynəlxalq Arbitraj Məhkəməsində qaldırdığı 45 milyon avroluq idda üzrə ilk məhkəmə iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti